Milli Azərbaycan Tarixi Muzeyinə yeni sikkələr daxil olub.
Təbriz, Van, Diyarbəkir və Ərzincan zərbxanalarının istehsalı olan gümüş təngələr Ağqoyunlu hökmdarları – Uzun Həsən (1453 - 1477), Yaqub (1478 - 1490), Rüstəm (1491 - 1496), Məhəmməd (1497 - 1499) və Əlvənd (1497 - 1504) adından zərb edilib.
Ağqoyunluların sikkə zərbi və pul dövriyyəsinin tədqiqində önəmli vasitə olan bu təngələr hazırda muzeyin Numizmatika Fondunda qorunur.
Sikkələr Ağqoyunlu tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.