Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Nizami Gəncəvi adına Qızıl medalının təsis edilməsi üzrə hazırlıq işləri davam edir
07.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA-da Nizami Gəncəvi adına Qızıl medalının təsis edilməsi üzrə hazırlıq işləri davam edir

AMEA Rəyasət Heyətinin 6 noyabr 2013-cü il tarixində keçirilmiş iclasında “Nizami Gəncəvi adına Qızıl medal”ının Əsasnaməsi və təsvirinin layihəsi müzakirə edildi. Medalın AMEA-nın ən yüksək mükafatı olduğunu bildirən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev mükafatın mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya verilməsinın nəzərdə tutulduğunu vurğuladı.
 
İclasda AMEA-nın “Nizami Gəncəvi adına Qızıl medal”ı haqqında əsasnamənin layihəsi təsdiq edildi.Təsvir layihəsinin razılaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis edilməsi və Əsasnaməsinin təsdiq olunması məqsədi ilə ölkə Prezidentinə müraciət edilməsi qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: