Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Şuşa” qrant layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin doktorantı Eldar Əmirov və Ukraynanın “Nomos” Geosiyasi Tədqiqatlar Mərkəzinin elmi işçisi Maksim Mayorovun həmmüəllifi olduqları “Qarabağ: Azərbaycan tarixi səhifələrini vərəqləyərkən (ərazinin mənəvi və tarixi irsi məsələsinə baxış)” adlı məqalə dərc edilib.
Məqalədə Qarabağın Azərbaycanın təkcə ərazi-inzibati deyil, həm də tarixi-mənəvi və mədəniyyətşunaslıq nöqteyi nəzərdən ayrılmaz tərkib hissəsi olduğunu sübut edən faktlar yer alıb. .