Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar cəbrinin morfizmlərinin spektral xassələri” mövzusunda ümuminstitut seminarı keçirildi. Seminarda mövzu üzrə Cəbr və riyazi məntiq şöbəsinin əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Aydın Şahbazov məruzə etdi.
Aydın Şahbazov kompaktda təyin olunmuş funksiyalar cəbrində endomorfizmlərin, eləcə də çəkili endomorfizmlərin müntəzəm normaya görə bəzi spektral xassələrinin 70-ci illərdən konkret müntəzəm cəbrlərdə araşdırıldığını qeyd etdi. Məruzədə müntəzəm cəbrləri əhatə edən, həm də çəkili tip endomorfizmlərin ümumi şəkildə spektral xassələr üçün meyarlardan danışıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.