Bu gün AMEA Geologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasda geologiya-mineralogiya elmləri doktoru Muxtar Rüstəmov “Aralıq dənizi qurşağının Fars-Qafqaz seqmentinin kollizion şəraitinin indikatorları” mövzusunda məruzə ilə çıxış edib.
Mühazirə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonra “Qazkondensat yataqlarının işlənilmə göstəricilərinə məsaməli mühitin təsirinin eksperimental öyrənilməsi”, “Yer qabığı zəlzələlərinin və böyük dərinliklərin karbohidrogen potensialının tədqiqatlarında geodinamik anomaliyaların modelləşdirilməsi”, “GİS texnologiyalarının tətbiqi ilə Azərbaycan ərazisi yer qabığının müasir tektonik və geodinamik modellərinin işlənilib hazırlanması”, “Termal suların miqrasiya yollarının və formalaşdığı mənbələrin dərinlik quruluşunun tədqiqi” elmi-tədqiqat işlərinin icra vəziyyəti müzakirə olunub.
Sonda bir sıra digər məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.