Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Atəbətül-həqaiq” poeması Azərbaycan dilində işıq üzü görüb
20.06.2018 10:42
  • A-
  • A
  • A+

“Atəbətül-həqaiq” poeması Azərbaycan dilində işıq üzü görüb

XII əsrdə yaşamış türk-islam şairi Ədib Əhməd Yügnəkinin “Atəbətül-həqaiq” poeması Azərbaycan dilində çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və tərtibçisi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, ön sözün müəllifi isə akademik Nizami Cəfərovdur.

Tərtibçi əsərdə işlənən sözlərin lüğətini hazırlayıb və geniş şərhlər verib.

Dövrün Qaraxani hökmdarı Məhəmməd Dad İspəhsalar bəyə ithaf olunan əsər əruz vəzninin mütəqaqib bəhrində qələmə alınıb və 250 beytdən ibarətdir.

Əxlaqi-didaktik məzmunda yazılan əsərdə sufizm ideyaları, “Qurani Kərim”də əksini tapmış yüksək insani keyfiyyətlər, düzlük, doğruluq, dünya və axirət qayğıları tərənnüm olunur.

Vəsait dilçilər, ədəbiyyatşünaslar, ali məktəb tələbələri, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: