İyunun 22-də AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri və elmi katibləri iştirak ediblər.
İclası bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
Müzakirələrdən sonra bölmənin qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırovanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun isə müəssisənin elmi katibi vəzifələrinə təyin olunmaları ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacaq.
Tədbirdə, həmçinin filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, Leyla Bayramovanın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifələrinə təsdiq edilmələri ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.