Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstana səfər edəcək
01.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstana səfər edəcək

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Çingiz Aytmatov və müasir türk dünyası” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 6-da Qazaxıstana səfər edəcək.

Beynəlxalq konfransın plenar iclasında akademik İsa Həbibbəyli “Ədəbiyyatda millilik və bəşərililiyin vəhdətinin Çingiz Aytmatov modeli” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, səfər çərçivəsində AMEA Ədəbiyyat İnstitutu ilə Qazaxıstandakı Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair müqavilənin imzalanması da nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: