Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.07.2018 16:28
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları dron vasitəsilə tədqiqatlar aparırlar

Botanika İnstitutunun əməkdaşları dron vasitəsilə tədqiqatlar aparırlar

Bioloji müxtəliflik və ekosistem xidmətləri üzrə beynəlxalq multidisiplinar proqram çərçivəsində Böyük Qafqaza (Azərbaycanın şimal-şərq hissəsi) kəşfiyyat xarakterli ilk ekspedisiya təşkil edilib.

Botanika İnstitutu tərəfindən təşkil olunan ekspedisiya zamanı AMEA Yüksək Texnologiyalar Parkında istehsal edilmiş drondan istifadə olunub.

Ekspedisiyada video və şəkillər çəkilib, ərazilərin skrininqi həyata keçirilib, ekosistem səviyyəsində əsas proseslərin dinamikası və dəyişikliyinin tədqiqi üçün pilot sahələr müəyyənləşdirilib.

Bu proseslər nəticəsində bitki məhsuldarlığı, torpaq münbitliyi, atmosfer kimyası, patogenlərin yayılması və ətraf mühit amillərinin insan sağlamlığına təsiri kimi məsələlərin aşkar edilməsi nəzərdə tutulur. Həmçinin bioloji müxtəlifliyin vəziyyətini qiymətləndirmək üçün bərpa prosesləri, davamlı inkişaf göstəriciləri və hərəkətverici qüvvələri (drayverləri) müəyyənləşdirmək planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: