Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
08.05.2014 00:00
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı şəhərində, Heydər Əliyev Mərkəzində beynəlxalq miqyasda möhtəşəm layihələri ilə seçilən Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib. Ölkəmizin digər bölgələri ilə yanaşı, Gəncə şəhərinin də təmsil olunduğu ədbirdə AMEA Gəncə Bölməsinin əməkdaşları - Vüsalə Hüseynova, Nurlana Məmmədova və Samirə Həsənova da iştirak ediblər.

Konfransıgiriş sözü ilə açan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov fondun ötən 10 il ərzində ümummilli liderin ideyalarına sədaqət nümayiş etdirərək dünya miqyasında çoxsaylı tədbir və layihələri həyata keçirdiyini vurğulayıb.

Konfransda çıxış edən Qaradağ rayonu, Naxçıvan, Quba və Şəmkir Heydər Əliyev Mərkəzlərinin rəhbərləri fondun yalnız ölkə miqyasında deyil, beynəlxalq səviyyədə genişmiqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərindən danışıblar. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünya gəncliyi üçün örnək olan bir çox tədbirlərin, xüsusilə də ölkəmizin tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük əhəmiyyətə malik “Xocalıya ədalət” layihəsinin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonda iştirakçılar Fondun ötən 10 illik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsi tərəfindən nəşr edilmiş “Heydər Əliyev Fondu və Gəncə” adlı monoqrafiya konfrans iştirakçılarına təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: