Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Aşqarlar Kimyası İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd olunub
08.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd olunub

AMEA Aşqarlar Kimyası İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə müstəqil Azərbaycanın memarı, uzaqgörən siyasi xadim, ümummili lider H.Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb.

M.Mövsümzadə H.Əliyevin elmimizin inkişafı istiqamətində gördüyü işlər haqqında məlumat verib. Qeyd edib ki, hazırda ulu öndərin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə AMEA öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

H.Əliyevin yubileyi ilə əlaqədar institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının artıq ikinci ildir ki, müsabiqə keçirdiyini söyləyən M.Mövsümzadə bu il doktorantlar və magistrlər arasında “Ən yaxşı məruzə” müsabiqəsinin də elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, müsabiqənin nəticələri may ayının sonunda elan ediləcək.

Tədbirdə çıxış edən institut əməkdaşları - t.e.d. Davud Həsənov, k.e.d. Fikrət Məmmədov, t.e.d. Həqiqət Cavadova və digərləri H.Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarına nəzər salıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: