15-17 may tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan Federal Universiteti ilə Filoloji və Mədəniyyətlərarası Əlaqələr İnstitutu tərəfindən “Türk xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı Şərq-Qərb kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbir Tatarıstan Respublikasının 2014-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Kazan şəhərində təşkil olunacaq.
Konfransa AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu, institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov və böyük elmi işçi Qalib Sayılov dəvət olunublar. Tədbirdə M.Kazımoğlu “Folklorda obrazın ciddi yöndə ikiləşməsi kontekstində libasdəyişmə və addəyişmə”, A.Xəlilov “Oğuz eposunda arxaik aydım janrı”, Q.Sayılov “Atalar sözlərində dini görüçlərin semantik xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Konfransın materialları toplu halında nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.