Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə “Yeni nəşrlər” qrifi altında işıq üzü görüb.
Bu silsiləyə yalnız böyük tələbat olan və geniş ifa edilən əsərlər daxil edilib. Onların hər birini ayrı-ayrılıqda “Masterpiece” – öz janrında şah əsər saymaq olar.
Qeyd edək ki, Firəngiz Əlizadənin bir çox digər partituraları Almaniya, Fransa və İsveçrədə əvvəllər də nəşr edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.