Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dost əllərin hədiyyələri” adlı sərgi keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dost əllərin hədiyyələri” adlı sərgi keçirildi

16 may 2014-cü il tarixdə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dost əllərin hədiyyələri” adlı sərginin açılış mərasimi keçirildi.

İki hissədən ibarət olan tədbirdə respublikanın müvafiq dövlət idarələrinin rəhbərləri, alimlər, tədqiqatçılar, ali təhsil ocaqlarının müəllimləri, tələbələri və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimin bədii hissəsində Azərbaycanda Rusiya Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən təşkil olunan müxtəlif ölkələrin rəqsləri nümayiş olundu.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə davam edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı təqdim olunan beynəlxalq hədiyyələrin tarixindən, dəyərlərindən, Azərbaycan Respublikasının müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrindən bəhs etdi. Bildirdi ki, muzeyin kolleksiyasında 800-dən artıq eksponat qorunmaqdadır. Həmin eksponatlar müxtəlif fondlarda: hədiyyələr və xatirə əşyaları fondu (bütün növ hədiyyələr), incəsənət fondu (rəsm əsərləri), etnoqrafiya fondunda (xalçalar) saxlanılır.

Muzeyə həsr olunan ilk hədiyyə 1944-cü ildə Təbriz azərbaycanlılarının Azərbaycana hədiyyəsi olub. Bundan başqa Dağıstan, Çeçenistan, Tatarıstan, Başqırdıstan, Sibir bölgələrindən də müxtəlif hədiyyələr təqdim olunub. Ən çox 105 ədəd olmaqla Rusiya Federasiyasından təqdim olunan hədiyyə hesab olunur.

Sonda N.Vəlixanlı bildirdi ki, muzeylə yaxın əməkdaşlığına görə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşquna, Belarusun Azərbaycandakı səfirliyinə, BP şirkətinə, tədqiqatçı alim Ədalət Tahirzadəyə təşəkkürnamələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
 
  • Paylaş: