Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Qonaqlar institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə görüşüblər. Söhbət zamanı tərəflər iki ölkənin alimləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların həyata keçirilməsi, dissertant və doktorant mübadiləsi zərurətindən danışıb, gələcək müştərək layihələr barədə müzakirələr aparıblar. Həmçinin qonaqlar əlyazmalar sərgisi ilə də tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.