Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” nəşr edilib
03.06.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” nəşr edilib

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan “Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici”si çapdan çıxıb. Kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, redaktor-biblioqraf kitabxananın direktor müavini Firəngiz Füseynova, tərtibçilər N.Kazımova və V.Həsənovadır.

Azərbaycan və rus dilində təqdim olunan nəşr 1920-1940-cı illər ərzində Azərbaycan SSR XDİK üçlüyünün müxtəlif tarixli qərarlarına əsasən repressiya olunmuş Azərbaycan alimlərinin həyat və yaradıcılığına həsr edilib. Kitabda, həmçinin fil.ü.f.d. Cəlal Qasımovun tədqiq edərək üzə çıxardığı Az.SSR XDİK üçlüyünün verdiyi qərarlara əsasən qeyd edilən illər ərzində repressiya edilmiş insanların adlarının siyahısı da verilib.

Biblioqrafik göstərici repressiyaya məruz qalmış alimlərin həyatı, elmi fəaliyyəti və faciəli talelərinə həsr olunub. Tərtibçi müəllif¬lər Azərbaycan Respublikasının Prezident Arxivində, Respublika Dövlət Arxivində, MEA-nın arxivində, MEK-də, M.F.Axundov adına Milli Kitabxanada və onun arxivində, Tarix muzeyində, BDU-nun kitabxanasında, Əlyazmalar institutunun müvafiq fondlarında, AMEA-nın Tarix və Ədəbiyyat institut¬larının arxivlərində intensiv axtarışlar apararaq onlarca alimin bioqrafiyasını yazıya almış, mövcud faktları müxtəlif tərzdə sistemləşdirmişdir.

Akademiyada repressiyaya məruz qalmış alimlər daha çox hu¬manitar sahənin görkəmli mütəxəssisləri – Azərbaycanın qə¬dim və zəngin tarixi, dili, ədəbiyyatı və folklorunu araşdıran Şərq təmayüllü türkoloq və şərqşünaslar, ədəbiyyat və dil tarix¬çiləri idi.

Qeyd edək ki, həmin illərdə yalnız milliyyətcə azərbaycanlı olanlar yox, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə bağlı olan digər xalqların nümayəndələri də repressiyyaya məruz qalmışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: