AMEA Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə qarşılıqlı səmərəlilik əsasında elmi-texniki və tədris bazasının genişləndirilməsi, uyğun ixtisaslar üzrə magistr, doktorant və dissertantlara dissertasiya mövzularının verilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, elmi-pedaqoji təcrübənin bölüşdürülməsi, ADNSU-nun professor-müəllim heyətinin elmi-ixtisas səviyyələrinin artırılması, açıq və distant təhsil formasından istifadə etməklə ustad mühazirələrinin təşkili, tədris metodiki vəsait və dərsliklərin hazırlanması, konfrans, seminar və beynəlxalq layihələrdə iştirak və digər məsələlər öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.