Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2018 09:31
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlı İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçilib

Akademik Nailə Vəlixanlı İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçilib

Çinin Fuçjou şəhərində İpəkyolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) konqresi keçirilib.

Tədbirdə İpək yolu üzərində yerləşən ölkələrdən - Çin, Azərbaycan, Qazaxıstan, Kamboca, İsrail, Laos, Monqolustan, Belarus, Serbiya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Konqresdə ölkəmizi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva və elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d., dos. Məhfuzə Zeynalova təmsil ediblər.

Tədbirdə muzeylər arasında beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması barədə müzakirələr olub.

Muzey adından çıxış edən M.Zeynalova təmsil etdiyi qurumun elmi fəaliyyətindən, müəssisədə eksponatların qorunub mühafizə olunması və bərpa texnologiyasından danışıb.

Çıxışlardan sonra İBMA və konqresdə iştirak edən ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb, nizamnamə qəbul olunub. Bundan əlavə, 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib.

Daha sonra İBMA təşkilatının prezident və vitse-prezident yerlərinə seçki olub. Akademik Nailə Vəlixanlı alyansın 9 vitse-prezidentdən biri seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: