Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı haqqında” mövzusunda ümuminstitut seminarı keçirildi
05.06.2014 00:00
  • A-
  • A
  • A+

“Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı haqqında” mövzusunda ümuminstitut seminarı keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirildi. “Freymin ümumiləşdirilməsi və onun dayanıqlığı haqqında” mövzusuna həsr olunmuş seminarda institutun Qeyri-harmonik analiz şöbəsinin əməkdaşı, f-r.e.n. Miqdad İsmayılovun məruzəsi dinlənildi.

Qeyd edək ki, son zamanlar tətbiq nöqteyi baxımından freymlərin öyrənilməsinə maraq sürətlə artıb. Freymlərin öyrənilməsində dayanıqlıq məsələsi və freym üzrə bərpaedici düsturun alınması vacib məsələlərdən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: