Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi
05.06.2014 00:00
  • A-
  • A
  • A+

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi

AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli bu gün bəşəriyyətin sərhədləri aradan qaldıran qloballaşma dövrünü yaşadığını və bu prosesin ən vacib göstəricilərindən birinin müasir informasiya cəmiyyəti olduğunu diqqətə çatdırdı. Audioviziual sənətləri təbliğ edib inkişaf etdirmək dünya təcrübəsini öyrənmək baxımından çox vacibdir. Qeyd etdi ki, informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə dünyanın istənilən ölkəsində baş verən mədəni prosesləri izləmək mümkündür.

Akademik bildirdi ki, ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.

Sonra çıxış edən institutun direktoru, professor Ərtegin Salamzadə konfransın aktuallığını önə çəkərək, müzakirə olunacaq mövzuların xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Qeyd edildi ki, konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində, bütövlükdə informasiya cəmiyyətində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalarının cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə olunacaq.

Konfransda “İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri”, “Azərbaycanda teleradio yayımına dair dövlət siyasəti”, “İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür”, “Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyllər”, “Geyim vizual informasiya sistemi kimi” və digər mövzularda məruzələr dinlənildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: