Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib
05.06.2014 00:00
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib

AMEA İdarəetmə Sistemləri İnstitunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Akif Hacıyevgündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul haqqında qərar qəbul edilib.

Tədbirdə, həmçinin fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyevanın Radiasiya Problemləri İnstitutunun (RPİ) elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulovun RPİ-nin beynəlxalq əlaqələr üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyevin RPİ-nin elmi katibi vəzifələrinə təsdiqi və digər cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: