AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ilə görüş keçirilib. Əsas məqsəd institut əməkdaşlarının müəllifi olduqları innovativ layihələrin müzakirəsi və həmin layihələrin gələcəkdə kommersiyalaşdırılması istiqamətində təkliflərin hazırlanması idi.
İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri prioritet istiqamətlər üzrə innovativ layihələrini təqdim ediblər.
Layihələr ətrafinda geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Müzakirələrdən sonra AMEA YT Parkın nümayəndə heyəti layihələrin patentləşdirilməsi və kommersiyalaşdırılması mexanizmləri üzrə təkliflər paketinin hazırlanaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim edilməsini tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.