Yanvarın 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Klonların hipereyniliklərlə bölünməsi” mövzusunda elmi seminar olub.
Seminarda Rusiya Elmlər Akademiyası Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvan Maltsevin mövzu üzrə məruzəsi dinlənilib.
Məruzə sonluqiymətli məntiqlərdə tamlıq probleminə həsr edilib. Bu problem hipereyniliklərin köməyi ilə həll edilir. Məruzədə, həmçinin kvazi xətti funksiyalardan düzəldilmiş müxtəlif məntiqləri bir-birindən ayıran hipereyniliklərə misallar göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.