Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2019 09:40
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımının 27-ci ildönümü anılır

AMEA-nın elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımının 27-ci ildönümü anılır

AMEA-nın Şəki Regional Elm Mərkəzi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Hüseyn Cavidin Ev Muzeyi, Dilçilik, Əlyazmalar, FolklorŞərqşünaslıq, Tarix, Radiasiya Problemləri, CoğrafiyaMemarlıq və İncəsənətArxeologiya və Etnoqrafiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və AqrokimyaNeft və QazFizika, Elm TarixiQafqazşünaslıq institutlarında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbirləri, konfranslar və dəyirmi masalar keçirilib.

Tədbirlər Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan rəhbərliyi tərəfindən dövlət səviyyəsində insanlığa sığmayan cinayət törədilib. Vurğulanıb ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə blokadaya alınmış Xocalıda artilleriya və ağır hərbi texnikadan mülki insanlara atəş açılıb, şəhər yandırılıb. Hücum nəticəsində 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin məhv edildiyi, 1275 sakinin əsir və girov götürülərək işgəncələrə məruz qaldığı bildirilib. Bundan əlavə, şəhərdəki tarixi abidələrin məhv edildiyi diqqətə çatdırılıb.

Eyni zamanda 1 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsi ilə bağlı xüsusi Fərmanın imzalandığı, Milli Məclisin qərarı ilə 26 fevralın "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğu qeyd edilib.

Son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlərdən danışan çıxışçılar, həmçinin “Xocalıya ədalət!” kampaniyasının önəminə toxunublar.

Diplomatik fəaliyyət nəticəsində 2 ölkənin Xocalıda baş verənləri soyqırım, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığını söyləyiblər.

Bundan əlavə, Xocalı soyqırımının təşkilatçılarının və icraçılarının gec-tez layiqli cəzalarını alacaqlarını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: