Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq seminarda məruzə ilə çıxış edib
28.02.2019 10:31
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq seminarda məruzə ilə çıxış edib

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Moldovanın paytaxtı Kişinyov şəhərində “Ətraf mühit və sağlamlıq” mövzusunda keçirilən seminarda iştirak edib.

BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində baş tutan seminara Avropa İqtisadi Komissiyasının ekspertləri, Azərbaycan, Moldova və Gürcüstanın ətraf mühit və səhiyyə nazirlikləri, habelə elm və təhsil sahəsindən 50-yə yaxın nümayəndə qatılıb.

Tədbirdə məruzə ilə çıxış edən İ.Mustafayev 2018-ci ildə ölkəmizdə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ekoloji layihələr və onların əsas nəticələri haqqında məlumat verib.

Seminarda, həmçinin müxtəlif sahələri təmsil edən nümayəndələrin 20-dən çox məruzəsi dinlənilib, ölkələr üçün ətraf mühit və səhiyyə sahəsində gələcək fəaliyyətin prioritetləri müzakirə olunub, eləcə də həm ölkə daxilində, həm də ölkələrarası əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: