Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir sıra laboratoriyalarında olmuş və onlarla mövcud olan qurğu və müasir cihazlarla tanış olmuş, həmçinin onlara, distillə suyun alınması və axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının aparıldığı qurğu haqqında geniş məlumat verilmişdir.
Sonra şagirdlər Analitik kimya laboratoriyasında olmuş və laboratoriya rəhbəri k.ü.f.d., dosent Aydın Paşacanov analitik kimya laboratoriyalarında aparılan elmi işlərin perspektivliyi haqqında danışmış, laboratoriyanın işçiləri tərəfindən şagirdlər üçün maraq kəsb edən bəzi reaksiyalar əyani şəkildə göstərilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.