Türkiyə Respublikasının Bileciç Şeyh Edebali Universitetinin prorektoru, professor Nurgül Özbay və həmin universitetin xarici tələbələr üzrə koordinatoru Murat Yatağan AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar.
İnstitutun direktoru, akademik Vaqif Abbasovla görüşən qonaqlar əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.
V.Abbasov rəhbərlik etdiyi müəssisənin tarixi, burada aparılan elmi-tədqiqat işləri, sintez olunmuş reagentlər barədə qonaqlara ətraflı məlumat verib.
Professor Nurgül Özbay isə təmsil etdiyi qurumun elmi-tədqiqat işlərindən bəhs edib.
Sonda türkiyəli alimlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq müqaviləsinin bağlanması məqsədi ilə akademik V.Abbasovu Bileciç Şeyh Edebali Universitetinə dəvət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.