Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Azərbaycanlı alim Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib
04.09.2020 15:27
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.

Rusiya Təbiətşünaslıq Akademiyasının 25 illiyinə həsr olunan 8 mərhələli yubiley sessiyasının vəsatəti ilə akademiyanın nəşrlərində, konfrans, sərgi və müsabiqələrində fəal iştirak edən 10 alimə Fəxri doktor adı verilib.

Ölkə elmi nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərən alimlərimizdən olan F.Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən elmi qurum ilə əlaqələrin inkişafındakı fəaliyyətinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, F.Məmmədova fiziki kimya ixtisası üzrə 216 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən 8 şəhadətnamənin, müəlliflik şəhadətnaməsinin, 1 patentin, 3 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu impakt faktorlu jurnallarda dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: