Bu gün bəzi xəbər saytlarında məlumat yayılıb ki, guya AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev İşlər idarəsinin müdiri, professor Elton Məmmədovu sərt tənqid edərək, onu işdən azad edib.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılmış bu xəbər həqiqəti əks etdirmir. Texnika elmləri doktoru, professor Elton Məmmədov şəxsi istəyi ilə məzuniyyətə çıxmaq və məzuniyyətdən sonra isə işdən azad olunması barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ərizə ilə müraciət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.