Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Coğrafiyaşünas alim Xəzər dənizində kompleks tədqiqatlarda iştirak edib
25.05.2021 16:41
  • A-
  • A
  • A+

Coğrafiyaşünas alim Xəzər dənizində kompleks tədqiqatlarda iştirak edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizində təşkil etdiyi kompleks tədqiqatlarda iştirak edib.

Xəzər dənizinə təsirlərin müəyyənləşdirilməsi və ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatlar “Bahar”, “Ələt-dəniz”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Günəşli”, “Neft daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə” kimi dənizdə yerləşən bir sıra neft-qaz yatağının ətrafında aparılıb. İnstitut əməkdaşı ekspedisiya zamanı əsas hidrometeoroloji parametrlər olan küləyin sürəti və istiqamətini, havanın temperaturunu, nisbi rütubətliliyi, həmçinin dəniz suyunun şəffaflığını müəyyən etmək üçün seçilmiş nöqtələrdə ölçmələr aparıb. Göstərilən hidrometeoroloji parametrlərin ölçmələri müəyyən zaman kəsimlərində, gəminin hərəkətsiz vəziyyətində 10 dəqiqə intervallarla həyata keçirilib.

Dəniz suyunun şəffaflığı isə hər nöqtədə bir dəfə olmaqla ölçülüb. Tədqiqatın növbəti mərhələsində ekspedisiyada əldə edilmiş nəticələrin müvafiq peyk məlumatları ilə müqayisəli analizi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: