AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri namizədi Robert Qarayevin “Modelling Caspian sturgeon population dynamics: a new paradigm and new technology” (ICES Journal of Marine Science, 6 (1), 2006. Impact Factor=2,525) adlı məqaləsi Böyük Britaniya Milli Elmlər Akademiyasının Oxford İndeksinə daxil edilmişdir.
Məqalədə təklif olunan paradiqmanın əsasını yeni yüksək texnologiyalar, o cümlədən, ekotoksikoloji normallaşdırma, koqnitiv modelləşdirmə, determinasiyalı analiz, ssenarili planlaşdırma, GİS və forsayt texnologiyaları təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir