www.science.az
22.05.2015 09:38

Əlyazmalar İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub

Şərqşünas alim, AMEA Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə 15-17 may 2015-ci il tarixlərində Türkiyənin Samsun şəhərində elmi ezamiyyətdə olub. Məqsəd Canik Bələdiyyəsi və  “History Studies” beynəlxalq dərgisinin birgə təşkilatçılığı ilə keçirilən “Geçmişten Günümüze Şehir ve Çocuk” IV beynəlxalq simpoziumda iştirak etmək idi.

S.Nemətzadə simpoziumda “Türk-İslam əlyazmalarındakı minyatür rəsimlərdə şəhər və mədəniyyət” mövzusunda elmi məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir