Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Arxeologiya və Etnoqrafiya İnstitutu yeni çöl-tədqiqat araşdırmalarına başlayıb
07.07.2015 09:15
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutu yeni çöl-tədqiqat araşdırmalarına başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası yeni çöl-tədqiqat araşdırmalarına başlayıb.

Iyulun əvvəlindən etibarən Tovuz rayonundakı neolit abidələrində tədqiqatlar aparan Azərbaycan–Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlayıb. Qeyd edək ki, əsasən bizim eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən Azərbaycan və Fransa arxeoloqlarının birgə ekspedisiyası səkkiz il ərzində fəaliyyət göstərib. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri doktor, professor Bertille Lyonnet və antropologiya, geomorfologiya və mikromorfologiya, restavrasiya, trassologiya və digər ixtisaslar üzrə daha 12 fransalı mütəxəssisdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü isə tədqiqatların son mərhələsi olacaqdır.

Gələn il səkkiz il ərzində aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunan elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub. Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri F.Quliyevin sözlərinə görə, bununla da Azərbaycan və Fransa arxeoloqlarının Tovuz bölgəsində müştərək araşdırmaları yekunlaşacaq.

Tovuz arxeoloji ekspedisiyası növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokio Universitetinin arxeoloqları ilə birgə davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: