www.science.az
12.12.2016 09:30

Respublika Seysmoloji Xidmət Mərkəzi beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq edir

Çexiyanın Eksperimental Tətbiqi Fizika İnstitutunun tədqiqatçı alimi Fərdaqət Məmmədov AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonağa mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, görülən işlər barədə geniş məlumat verib.

RSXM-in Monitorinq Mərkəzinin işi barədə qonağı məlumatlandıran Q.Yetirmişli hazırda mərkəzin aparıcı ölkələrin Yer elmləri ilə məşğul olan qurumları və beynəlxalq seysmoloji təşkilatlarla sıx əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, təcrübə mübadiləsinə də xüsusi diqqət yetirildiyini vurğulayan direktor mərkəzdə çalışan gənc mütəxəssislərin xarici ölkələrə təcrübəyə göndərildiklərini deyib.

F.Məmmədov RSXM-də görülən işləri, Azərbaycan seysmoloqlarının beynəlxalq təşkilatlarda əldə etdikləri uğurları yüksək dəyərləndirib.

Görüşdə birgə layihələrin və elmi tədqiqatların aparılmasına dair məsələlərə də toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.