Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.04.2024 15:44
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun alimləri 121 nömrəli orta məktəbdə olublar

Dendrologiya İnstitutunun alimləri 121 nömrəli orta məktəbdə olublar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun alimləri 121 nömrəli orta məktəbdə olublar.

“Narkomanlığa və narkotik vasitələrin  qanunsuz  dövriyyəsinə qarşı mübarizə” tədbirlərinin görülməsi və aradan qaldırılması məqsədilə Dendrologiya İnstitutunun alimləri 121 nömrəli orta məktəbdə seminar təşkil ediblər.

Seminarda Dendrologiya İnstitutunun Mərkəzləşdirlimiş eksperimental laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, Sistematika laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov, elmi işçi Venera Əhmədova, 121 nömrəli orta məktəbin direktoru Zaur Yusifov, orta məktəbin-muəllim heyəti və şagirdləri iştirak ediblər.

Tədbiri açan 121 nömrəli orta məktəbin direktoru Zaur Yusifov qonaqları salamlayaraq, alimləri məktəbdə görməkdən məmnunluğunu ifadə edib. O, seminarın keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açıb.

Daha sonra məruzəçilər Mərkəzləşdirlimiş eksprimental laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev və elmi işçi Venera Əhmədova slayd formasında məktəblilərə seminarın keçirilməsində əsas məqsədin gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə tələbələrin cəlb edilməsi olduğunu vurğulayıblar.

Təlimçilər tələbələri narkomaniya xəstəliyindən uzaq olmağa və aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyini səsləyiblər. Onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırıblar.

Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, “Narkomanlığa və narkotik vasitələrin  qanunsuz  dövriyyəsinə qarşı mübarizə”  adlı seminarın keçirilməsinin əsas məqsədi tələbələri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: