Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Neft və Qaz İnstitutunun icraçı direktoru g-m.e.d, professor Vaqif Qurbanov, şöbə müdiri f.- r.e.d. Ədalət Həsənov və Geoloji Kəşfiyyat fakültəsinin ictimai əsaslarla elmi işləri üzrə dekan müavini, g.-m.f.d, dosent Lalə Xəlilova iştirak edib.
Geoloji kəşfiyyat fakültəsinin “Geologiya və Geofizika mühəndisliyi” ixtisası üzrə sonuncu kurs tələbələrindən 25 nəfəri şöbə müdiri f.- r.e.d. Ədalət Həsənovun rəhbərliyi ilə Neftli-qazlı hövzələrin analizi şöbəsində istehsalat təcrübəsi keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.