Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə Rusiyada Tətbiqi və fundamental tədqiqatlar üzrə beynəlxalq jurnalda dərc olunub
26.05.2017 16:03
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə Rusiyada Tətbiqi və fundamental tədqiqatlar üzrə beynəlxalq jurnalda dərc olunub

2014-2016-cı illərdə AMEA-nın A.İ. Qarayev adına Fiziologiya İnstitutunda həyata keçirilən “Uzunömürlüyün fizioloji və molekulyar genetik əsaslarının işlənməsi” tədqiqat proqramının nəticələri bir sıra elmi nəşrlərdə dərc olunub.

İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, tibb üzrə elmlər doktoru Əli Allahverdiyev və tibb üzrə fəlsəfə doktoru Aysel Allahverdiyevanın müəllifləri olduqları "Azərbaycanın cənub zonası uzunömürlülərində gecə yuxusunun struktur xüsusiyyətləri" adlı məqalə Tətbiqi və fundamental tədqiqatlar üzrə beynəlxalq jurnalda dərc olunub.

Yüksək aktuallığı nəzərə alınaraq məqalə Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti tərəfindən seçilib və cari ildə Moskva şəhərində keçirilən Beynəlxalq Təhsil Salonunda müzakirə olunub. Elmi tədqiqat işində Azərbaycanın Lənkəran rayonunda yaşayan uzunömürlü və ahıl yaşlı sakinlərdə gecə yuxusunun strukturu öyrənilib.

Qeyd edək ki, tədbir Rusiya Hökumətinin sərəncamı ilə Təhsil və Elm Nazirliyi tərəfindən keçirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: