www.science.az
06.07.2017 11:53

Türkiyəli qonaqlar Mərkəzi Elmi Kitabxanada olublar

İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmet Elpin başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova ilə görüşdə qonaqlara kitabxananın fəaliyyət istiqaməti, iş prinsipləri, Milli Rəqəmsal Yaddaş layihəsi barədə məlumat verilib. L.İmanova gələcək əməkdaşlıq çərçivəsində Türkiyədə Azərbaycan üçün önəmli olan ədəbiyyatların, mənbələrin elektron versiyada MEK-ə göndərilməsinin əhəmiyyətinə toxunub.

Sonra H.Elp çıxış edərək rəhbərlik etdiyi qurumun əsas məqsədinin Azərbaycanın zəngin mədəniyyətini Anadolu türklərinə tanıtdırmaq və sevdirmək olduğunu bildirib.

Qonaq “Rəvan Türkləri”, “Qarabağda pozulmuş insan haqları və BMT TŞ-nin qətnamələri” adlı kitabları MEK-ə hədiyyə edib.

Qarşılıqlı fikir mübadiləsi zamanı gələcək əməkdaşlıq perspektivləri də müəyyən olunub.

Sonda Türkiyəli nümayəndələr kitabxananın Nadir fondunu ziyarət ediblər. L.İmanova qonaqlara MEK adından Nizami Gəncəvinin əsərlərini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.