www.science.az
17.11.2017 15:42

Almaniyalı alimlər AMEA-nın Yüksək Texnologiyalar Parkında olublar

Almaniyanın Karlsrue Texnologiya Universitetinin professorları Kristof Xilqers və Lena Mertz AMEA-nın Yüksək Texnologiyalar Parkında (YTP) olublar.

Səfərdə məqsəd YT Parkın və Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanlarının torpaq və yeraltı suyunun keyfiyyətinə təsiri” layihəsinin qalib elan olunması ilə bağlı idi.

YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək sözügedən layihədə müasir və yeni innovativ məhsullardan istifadə edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, layihənin həyata keçirilməsində, həmçinin PUA-ların (Pilotsuz Uçan Aparatlar) istifadəsi də planlaşdırılır. V.Babayev layihədə həm Azərbaycan, həm də alman tədqiqatçılarının birgə işləyəcəyini və istifadə olunan metodların düzgünlüyünü qiymətləndirəcəklərini söyləyib.

Görüş zamanı, həmçinin Azərbaycanda palçıq vulkanlarının ətraf mühiti çirkləndirməsinə dair müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.