ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, elmi işçisi Utku Koçum və Miçiqan Dövlət Universitetinin Geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
Səfərin məqsədi ABŞ seysmoloqları və RSXM-in “Qafqaz kəsilişi” birgə layihəsi ilə bağlı işlərin davam etdirilməsidir.
RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar daha sonra müəssisənin Monitorinq Mərkəzinə baş çəkiblər.
Qeyd edək ki, səfər çərçivəsində amerikalı seysmoloqlar RSXM-in cihazları ilə alınmış məlumatların emalı və analizinə dair yerli mütəxəssislərlə birgə təhlillər aparacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.