Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.03.2019 17:01
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin elmi əsərləri nümayiş olunur

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin elmi əsərləri nümayiş olunur

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) təşkilatçılığı ilə müəssisənin əməkdaşlarının elmi əsərlərindən ibarət sərgi təşkil olunub.

Elm Gününə həsr olunan sərgidə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə HüseynovaBiologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Botanika İnstitutunun direktoru, akademik Validə ƏlizadəFiziologiya İnstitutunun direktoru, b.e.d. Ulduz Həşimova iştirak ediblər.

Mərkəzi Elmi Kitabxanada baş tutan sərgini Ə.Əmiraslanov açaraq MBBİ-nin alimlərinin əməyini yüksək qiymətləndirib, onların əsərlərinin impakt faktorlu jurnallarda çap edilməsinin elmin inkişafının bariz nümunəsi olduğunu deyib.

Sərgi barədə məlumat verən akademik İradə Hüseynova bildirib ki, burada dünya şöhrətli alim, akademik Cəlal Əliyevin zəngin elmi irsini əks etdirən seçilmiş əsərləri, o cümlədən alimin tələbələrinin yüksək impakt faktora malik nüfuzlu xarici jurnallarda nəşr olunmuş elmi əsərləri, məqalələri, kitabları, monoqrafiyaları nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: