Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.03.2019 16:28
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı Elm Günü münasibətilə təltif olunub

Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı Elm Günü münasibətilə təltif olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Elm Gününə həsr olunan iclas keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edildiyini xatırladıb, elmi ictimaiyyəti peşə bayramı münasibətilə təbrik edib.

Daha sonra Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə görə, NKPİ-nin bir qrup əməkdaşına AMEA Kimya Elmləri Bölməsinin Fəxri fərmanı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: