Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elm və təhsilə kompleks yanaşma uğurlu nəticələr verəcək
02.04.2019 09:24
  • A-
  • A
  • A+

Elm və təhsilə kompleks yanaşma uğurlu nəticələr verəcək

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Lənkəran Dövlət Universitetində (LDU) Elm Gününə həsr edilmiş "dəyirmi masa"da iştirak edib. 

R.Məmmədov rəhbərlik etdiyi elmi müəssisənin son zamanlar əldə etdiyi nailiyyətlərdən, prioritet istiqamətlərdə həyata keçirilən tədqiqatlardan, institutun beynəlxalq əlaqələrindən, nəşr fəaliyyətindən danışıb. O, “Türk dünyasının coğrafiyası”  üçcildliyinin yenicə çapdan çıxmış birinci cildini institutun digər nəşrləri ilə birgə LDU-nun rəhbərliyinə təqdim  edib. 

LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. O, ali təhsil müəssisəsində bu il ilk dəfə keçirilən Elm Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Tədbirdə elmin müxtəlif sahələrinə dair məruzə və çıxışlar dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: