Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Coğrafiya İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Tədbirdə Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Hidrofizika İnstitutunun direktoru, akademik Vitali İvanov və Ukrayna Milli Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutunun baş elmi işçisi, geologiya üzrə fəlsəfə doktoru Anna İvanova da iştirak ediblər.

İclasda akademik V.İvanov “Xəzərin cənubunda suların dinamikası və monitorinqin təşkili” mövzusunda məruzə ilə çıxış edib.

Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz MəmmədovXəzərdə aparılan tədqiqat işləri barədə məlumat verib. Gürcüstan və İran mütəxəssislərini də cəlb etməklə Azərbaycan, Ukrayna, Rusiya arasında iş birliyi haqqında proqram layihəsinin işlənilməsi qərara alınıb.

Sonda AMEA Coğrafiya İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutu arasında əməkdaşlıq perspektivlərinə dair müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: