Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Aşqarlar Kimyası İnstitutunda çirklənmiş torpaqların təmizlənməsi imkanları öyrənilir
03.04.2019 14:08
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda çirklənmiş torpaqların təmizlənməsi imkanları öyrənilir

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) bitkilərdən istifadə etməklə davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların təmizlənməsi (fitoremediasiya üsulu) imkanlarının öyrənilməsi üzrə Azərbaycan, Almaniya və Gürcüstan alimlərinin birgə tədqiqatlarının nəticələrinə həsr olunmuş seminar keçirilib.

Seminarda davamlı üzvi çirkləndiricilər problemi ilə bağlı aparılan araşdırmalar üzrə 5 məruzə dinlənilib. Problemin aktuallığı baxımından tədbir interaktiv formada keçirilib və hər bir təqdimatda bu istiqamətin prioritet olduğu vurğulanıb.

Bildirilib ki, davamlı üzvi çirkləndiricilər olduqca toksik, təhlükəli kimyəvi maddələrdir, onlar ətraf mühitdə uzun müddət qala, uzaq məsafələrə yayıla və insanların və heyvanların yağ toxumalarında yığıla bilər.

Seminarın sonunda əldə olunan nəticələr müzakirə olunub və birgə əməkdaşlıq üçün növbəti istiqamətlər müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: