Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2014 00:00
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri AMEA Şərqşünaslıq İnstitutunda olublar

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri AMEA Şərqşünaslıq İnstitutunda olublar

Səudiyyə Ərəbistanı Parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvləri AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin rəhbərliyi ilə qonaqlar əvvəlcə bu elm müəssisəsinin direktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüblər.

Görüşdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym də iştirak edib.

G. Baxşəliyeva institutda ərəbşünaslıq və islamşünaslıq sahələrində aparılan tədqiqatlardan danışıb, qonaqları son vaxtlar bu sahədə nəşr olunmuş ən mühüm əsərlərlə tanış edib.

O, institutun bir sıra ərəb ölkələrinin elmi mərkəzləri ilə əlaqələrindən söz açaraq, bir çox universitetlərlə birgə əməkdaşlığa dair memorandumların imzalandığını qeyd edib. Bu kimi görüşlərin iki ölkə arasında elmi əlaqələrin genişlənməsinə təkan verəcəyini vurğulayıb.

Şərqşünaslıq İnstitutu ilə tanışlıqdan məmnun olduqlarını söyləyən Abdulla bin Məhəmməd əl-Nasir ölkələr arasında mehriban dostluq münasibətləri fonunda elmi əlaqələrin də genişlənəcəyinə ümidvar olduğunu bildirib.

İki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrindən danışan qonaq tarix boyu ərəblərin və azərbaycanlıların müxtəlif sahələrdə birgə fəaliyyətindən söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: