Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi və Radiodalğaların Yayılması İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Mariya Raqulskaya və Yelizaveta Xramova AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olublar.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşdə qonaqlara müəssisənin tarixi, elmi istiqamətləri və əldə olunan nailiyyətləri barədə məlumat verilib.
Sonra çıxış edən M.Raqulskaya və Y.Xramova RPİ-də neft və onun müxtəlif fraksiyalarının günəş şüalarının təsiri altında parçalanması prosesləri, eləcə də radioaktiv şüaların atmosferə təsiri üzrə aparılan tədqiqatları yüksək dəyərləndiriblər. Rusiyalı alimlər bu tədqiqatların birgə aparılması ilə bağlı iki qurum arasında əməkdaşlıq müqaviləsinin bağlanmasının zərurilyini vurğulayıblar.
Qonaqlar daha sonra RPİ-nin laboratoriyaları ilə tanış olub, həmçinin onları maraqlandıran elmi tədqiqat işləri haqqında geniş müzakirə aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.