Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsinin iclas salonunda Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan BVŞ-nin sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovgündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verdi.
AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərarların qəbul edildiyini söyləyən R.Qasımov BVŞ-nin AMEA-nın 70 illik yubileyi ərəfəsində gördüyü işlərdən danışdı. AMEA-nın 70 illik yubileyinin keçirilməsinin ölkənin elmi-mədəni və sosial-ictimai həyatında əlamətdar hadisə olduğunu qeyd etdi.
Sonra çıxış edən BVŞ-ın sədr müavini, II Xüsusi şöbənin müdiri Eldar QuliyevAMEA Rəyasət Heyətinin “AMEA-nın 70 illik yubileyi ərəfəsində AMEA Birləşmiş Veteranlar Şurası tərəfindən həyata keçirilən tədbirlər haqqında” 07 may 2014-cü il tarixli qərarının keçirilməsində elmi müəssisə və təşkilatların Veteran Şuralarının vəzifələri barədə ətraflı məlumat verdi. Bildirdi ki, BVŞ-ı özündə 36 İlk Veteran Təşkilatını və 2 minə yaxın veteranı birləşdirir. Onlardan 19-u akademik, 33-ü isə müxbir üzvdür. Hazırda AMEA-da 8 nəfər 1941-45-ci il Böyük Vətən müharibəsi iştirakçısı çalışır.
Sonda Rəyasət Heyətinin qərarı ilə qəbul edilmiş təkliflər ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.