Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.04.2019 11:29
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda UETM-in nümayəndə heyəti ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda UETM-in nümayəndə heyəti ilə görüş keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) nümayəndə heyəti ilə görüş keçirilib.

Əvvəlcə RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və burada əldə olunan nailiyyətlər barədə ukraynalı qonaqlara məlumat verib. O, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurmasının əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra çıxış edən UETM-nin nümayəndələri – Alfreda Roska və Oksana Qruşovenko təmsil etdikləri təşkilatın fəaliyyətindən danışıb, RPİ ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.

Görüşdə UETM-nin müvafiq qrant layihələrinin rəhbərləri, RPİ-nin əməkdaşları - professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova layihə çərçivəsində ötən bir il ərzində görülən elmi-tədqiqat işləri barədə təqdimatla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: