AMEA Elm Tarixi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xəzər Universiteti Sumqayıt Dünya məktəbinin şagirdləri üçün “Azərbaycan elmi: dünən və bu gün” adlı elmi seminar keçirilib.
Seminarda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Röya Mirzəbəyova çıxış edərək bildirib ki, bu cür tədbirlərin təşkili şagirdlərin intellektual səviyyəsinin yüksəlməsi, onların dünyagörüşünün formalaşması və elmə marağının artırılması baxımından əhəmiyyətlidir.
Daha sonra R.Mirzəbəyova “Azərbaycanda elmin inkişaf tarixi”, institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Aynur Nəzərova “Azərbaycan elminin inkişafında AMEA-nın rolu”, Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı Solmaz Namazova isə “AMEA Elm Tarixi İnstitutunun yaranması və fəaliyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda gənc alimlər şagirdləri maraqlandıran sualları cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.